Şevçenko: “Elə bil 20 yaşımdayam!”

Şevçenko: “Elə bil 20 yaşımdayam!”
GÜNDƏM 12 İyun 2012 / 11:09 2472
-  A +

İsveçə qarşı keçirilən oyunda (2:1) komandasının hər iki qoluna imza atan Ukrayna millisinin kapitanı Andrey Şevçenko bildirib ki, indi özünü çox əla hiss edir.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, 35 yaşlı futbolçu oyundan sonra deyib: “Mən indi elə bil 20 yaşımdayam! Bu, bizim üçün tarixi bir oyun, əla bir qələbə idi.Mənim bədənimdə adrenalin azalıb, amma beynimdə çoxalıb. Mən özümün ən yaxşı oyunumu göstərmək istədim və bu, alındı”.

Futboçu etiraf edib ki, Avropa çempionatının başlanması ərəfəsində yaxşı formada olmayıb: “ Avro-2012”dən öncə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mənim çempionatdan əvvəl fiziki problemlərim vardı. Amma indi artıq öz işimdəyəm.Mən əminəm ki,çempionatda bu komandayla çox şeyə nail ola biərik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın