"Bütün futbolçular eyni səviyyədə çıxış etmədi"

"Bütün futbolçular eyni səviyyədə çıxış etmədi"
AVRO-2012 12 İyun 2012 / 03:21 2372
-  A +

"Bu oyun bizim üçün çox çətin keçdi. İlk hissə azarkeşlər üçün də maraqsız alındı. Lakin ikinci hissəyə yaxşı başlayaraq hesabı açdıq. Təəssüf ki, Ukrayna millisi az sonra hesabı bərabərləşdirdi ki, bu da onlara əlavə ruh yükəkliyi gətirdi. Matçın sonlarında hesaba tarazlıq gətirə bilərdik. Lakin ələ düşən imkanlardan yararlanmağı bacarmadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri İsveç millisinin baş məşqçisi Erik Hamren Ukrayna ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

E.Hamren bu oyunda bütün futbolçularının eyni səviyyədə çıxış etmədiyini bildirib: "Ukrayna millisi heç bir sürprizə imkan vermədi ki, bu da məni məyus etdi. Onlar necə lazımdırsa, elə də oynadılar. Komandada olan 11 futbolçunun hamısı eyni səviyyədə çıxış etmədi. Çünki biz top komanda deyilik. Komandada cəmi 5-6 futbolçu özünü yaxşı tərəfdən göstərə bildi. Üstəlik biz Ukrayna millisinin oyununu düzgün təhlil etmədik. Açığını deyim, mən komandamdan daha yaxşı oyun gözləyirdim".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord