Loran Blank: "Heç-heçəni normal qarşılamalıyıq"

Loran Blank: "Heç-heçəni normal qarşılamalıyıq"
GÜNDƏM 12 İyun 2012 / 00:22 1707
-  A +

"Komanda qələbə qazanmadıqda, narazılıq həmişə olur. Ancaq biz sakitcə oturub təhlil etməliyik ki, qələbə qazanmağımıza nə çatmadı?".

Qol.Az-ın məlumatına görə, bu sözləri Fransa millisinin baş məşqçisi Loran Blank İngiltərə ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

Fransalı mütəxəsis qeydə alınan heç-heçənin ədalətli hesab olduğunu bildirib: "Oyun ərzində xeyli qol imkanlarmız oldu. Lakin bunlardan yalnız birindən istifadə edə bildik. Bununla belə, heç-heçəni normal qarşılamalıyıq. Məncə, 1:1 hesabı ədalətli nəticə oldu".

 

Daha çox


Son xəbərlər