"Bakı" - "Qarabağ" oyunu Anar Salmanova tapşırıldı

XƏBƏR 29 Aprel 2009 / 17:04 2120
-  A +

XVII Azərbaycan Kubokunun ½ finalının ilk oyunları çərçivəsində keçiriləcək "Bakı" - "Qarabağ" matçını idarə edəcək hakim müəyyənləşib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, təxminən 1 saatdan sonra start götürəcək qarşılaşmanı Anar Salmanov idarə edəcək. Ona Azər Əsgərovla Vaqif Musayev kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Fariz Yusifov yerinə yetirəcək. 
 
 


Son xəbərlər