Vaqif Sadıqov: “Bakı”-“Qarabağ” cütünün taleyi Ağdamda həll olunacaq”

Vaqif Sadıqov: “Bakı”-“Qarabağ” cütünün taleyi Ağdamda həll olunacaq”
XƏBƏR 29 Aprel 2009 / 16:50 2110
-  A +

“Bakı” son vaxtlar qeyri-stabil, “Qarabağ” isə stabil oyunu ilə yadda qalır. Amma demək çox çətindir ki, bu gün necə olacaq. Mən kimisə favorit kimi öz plana çıxarmazdım. Şansları isə 50/50-ə dəyərləndirərdim. İnanmıram ki, tərəflərdən hansısa böyükhesablı qələbə qazansın. Mənə elə gəlir “Bakı” - “Qarabağ”cütünün taleyi Bakıda yox, Ağdamda həll olunacaq”. Bu sözləri bu gün ölkə kubokunun ½ final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Bakı” - “Qarabağ” oyunu haqqında fikirlərini bildirən Vaqif Sadıqov deyib. O, iki fərqli komandanın üz-üzə gələcəyini düşünür: “Bu iki klubun rəhbərləri tamam fərqli siyasət yürüdürlər. “Bakı” rəhbərliyi başda Haciyevski olmaqla daha çox legionerlərə, “Qarabağ” isə Qurban Qurbanov olmaqla yerli futbololçulara üstünlük verir. Yəqin ki, evdə oynadığından “Bakı” daha çox hücum edəcək. “Qarabağ” isə ilk növbədə oyunu müdafiədən quracaq. Amma hər iki komandanın bir-birindən çəkinəcəyini deyə bilərəm. İstənilən halda hər iki komanda ikinci oyunu da nəzərə alacaq”.

 


Son xəbərlər