Kamran Ağayevin müalicəsi ev şəraitində davam edir

XƏBƏR 29 Aprel 2009 / 11:54 2126
-  A +

Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Türkiyədə əməliyyat olunduqdan sonra vətənə qayıdıb və hələlik müalicəsini ev şəraitində davam etdirir. 23 yaşlı gənc futbolçu onurğa sütununda yaranan problem üzündən prmeyer-liqanın ikinci dövrəsinin oyunlarını və eyni zamanda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya - Azərbaycan matçını buraxmalı olmuşdu. Qol.Az-ın “Xəzər-Lənkəran”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Kamranın həkimi Mehdi Sasaniyə inansaq, futbolçu təxminən bir ay sonra tam sağlam vəziyyətə gələcək. Bu isə o deməkdir ki, o da komanda yoldaşlarıyla birgə “Xəzər Lənkəran”ın avrokuboklara vəsiqə qazanacağımız halda erkən başlayacaq yeni mövsüm hazırlıqlarına qoşula biləcək.
Hazırda isə qoltuq ağacıyla hərəkət edən Kamranı əməliyyat sonrası dövrü yaşayır. Həkimlər qapıçının mümkün qədər az hərəkət etməsini tələb ediblər. Bir müddət sonra Ağayev yenidən müayinə olunmaq üçün İstanbula yola düşəcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord