Biletlərin daha bir satış mərkəzi yaradılıb

Biletlərin daha bir satış mərkəzi yaradılıb
XƏBƏR 29 Aprel 2009 / 11:20 2358
-  A +

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində iyunun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Uels oyuna biletlərinin daha bir satış mərkəzi fəaliyyətə başlayıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, artıq azarkeşlər bu oyuna biletləri “Nərgiz” Ticarət Mərkəzindən də ala bilərlər. Mərkəzin giriş hissəsində billet satışı ilə bağlı xüsusi yer ayrılıb. Azərbaycan və İspaniya milli komandaları arasında iyunun 9-da keçiriləcək yoldaşlıq oyununun biletləri də burada satılacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord