Azərbaycan Fransaya uduzdu

XƏBƏR 28 Aprel 2009 / 21:49 2445
-  A +

Avropa çempionatının seçmə mərhələsində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası qurpda sonuncu oyunun Fransaya qarşı keçirir.
                               ***
Oyun başladı.
                               ***
QOL. 28-ci dəqiqədə Fransa millisi hesabı açdı. Millimiz 0:1 hesabıyla uduzur.
                               ***
QOL. 42-ci dəqiqədə millimiz qapısında daha bir qol gördü. Hesab artıq 0:2-dir. 
                               ***
Qrupun digər matçında Uels Portuqaliyayla qarşılaşır. Bu oyunda hesab hələ açılmayıb.
                              ***
Millimizin oyununda birinci hissə başa çatdı. Komandamız 0:2 hesabıyla geridədir.
                              ***
İkinci hissə başladı.
                              ***
Qarşılaşmanın 85-ci dəqiqəsi gedir. Hesab 0:2 Fransanın xeyrinədir.
                              ***
Qrupun digər oyununda - Uels - Portuqaliya matçında hesab 1:1-dir. 
                              ***
Azərbaycan - Fransa oyunu başa çatdı. Millimiz rəqibinə 0:2 hesabıyla uduzdu. Bununla da millimiz Avropa çempionatının seçmə mərhələsində qrupu 4 xalla başa vurdu.
                              ***
Qrupun digər matçında Portuqaliya Uelsə 2:1 hesabıyla qalib gəldi.
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki