“Neftçi”nin etirazı qəbul olunmadı

XƏBƏR 28 Aprel 2009 / 16:15 2176
-  A +

Premyer-liqanın XXIII turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” oyunundan sonra “Neftçi” klubu matçın protokolunda etirazını qeyd edib. “Ağ-qaralar” matçın 60-cı dəqiqəsində “Neftçi”dən Dmitri Kruqlov və “Qarabağ”dan Zaur Ramazanova göstərilən sarı vərəqələrdə hakimin düzgün qərar vermədiyi göstərilib və bu məsələnin araşdırılması xahiş olunub. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsi oyunun videoyazısını yenidən izləyib və hakimin qərarının düzgün olduğunu aşkarlayıb. Bu səbəbdən də, “Neftçi” klubunun etirazı qəbul olunmayıb, hər iki futbolçuya göstərilən xəbərdarlıqlar öz qüvvəsində qalıb.


Son xəbərlər