Qyoko Haciyevski: “Qarabağ”a adi rəqib kimi baxmaq olmaz”

XƏBƏR 27 Aprel 2009 / 21:27 2213
-  A +

“Qarabağ” çox güclü komandadır. Onlara adi rəqib gözü ilə baxmaq olmaz. Odur ki, oyuna ciddi hazırlaşırıq”. Bu sözləri Qol.Az-a “Qarabağ”la ölkə kubokunun ilk yarımfinal matçından öncə “Bakı”nın baş məşqçisi Qyoko Haciyevski deyib. Makedoniyalı mütəxəssis özlərini “Simurq”la oyun üçün qorumayacaqlarını dedi: “Smurq”la həftəsonu oynayacağıq. Bundan öncə isə “Qarabağ” matçı var və biz ilk növbədə Ağdam klubu ilə oyunu düşünürük. Özümüzü çempionat oyununa qorumayacağıq. Çünki, hədəfimiz həm çempionluq, həm də kubokdur. Zədəli futbolçularımızın olmaması isə məni sevindirir”.
Qeyd edək ki, argentinalı Fernando Peres də artıq sıraya dönüb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı