Ruslan Abbasov: “Vəzifəmizi başa vurduq”

XƏBƏR 27 Aprel 2009 / 20:27 2360
-  A +

“Biz Tovuza ona görə qayıtmışdıq ki, “Turan”ı elitada saxlayaq. Çünki, heç vaxt razı ola bilməzdik ki, Tovuz futbolu birinci diviziona düşsün. Artıq vəzifəmizi başa vurduq”. Bu sözləri Qol.Az-a “Turan”ın təcrübəli futbolçularından Ruslan Abbasov deyib. R.Abbasov növbəti mövsümdən “Turan”da qalıb-qalmayacağına dair konkret söz vermədi: “Qeyd etdiyim kimi, öz borcumuzu yerinə yetirdik. Bundan sonrası haqqında isə heç nə deyə bilmərəm. Sponsor tapılmasa, hazırkı şərtlər altında “Turan”da oynamaq fikrim yoxdur. Yox, əgər hər şey yaxşılığa doğru dəyişşə, o zaman mənmuniyyətlə doğma rayonumda qalıb çıxışımı davam etdirəcəyəm”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi