Foqts Andorra biabırçılığının məsuliyyətini hücumçuların üzərinə atdı

Foqts Andorra biabırçılığının məsuliyyətini hücumçuların üzərinə atdı
ÖLKƏ FUTBOLU 30 May 2012 / 23:23 3624
-  A +

Millimizin baş məşqçisi Berti Foqts bu gün Almaniyanın Frankfurt şəhərində keçirilmiş Azərbaycan – Andorra yoldaşlıq oyunundan (0:0) sonra matçla bağlı fikirlərini bildirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, o deyib ki, komandasının 90 dəqiqədəki oyunundan, matça köklənməsindən razı qalıb: "Komandamızın oyunu sürətli, kombinasiyalı idi".

Foqts təəssüflə qeyd edib ki, komandasına qol vurmaq çatmayıb: "Biz bunu sona kimi görə bilmədik. Komandam taktiki cəhətdən düzgün oynadı. Cinahlardan oyun qururduq, ancaq son nöqtəni qoya bilmirik. Bəxtimiz gətirmirdi. Oyundan sonra hesab 5:0 olsaydı, rəqib bundan şikayət edə bilməzdi. Ancaq futbolun qaydası odur ki, topu qapıdan keçirmək lazımdır. Hücumçuları tənqid etmək istərdim. Çünki onlar gözəl qol vurmaq istəyirdilər. Lakin futbolda əsas qol vurmaqdır. Həmin qolun gözəlliyi əhəmiyyət kəsb etmir".

Foqts komandanın çalışqanlığından razı qaldığını deyib: "Narazılığım qol vura bilməməyimiz, qalib gələ bilməməyimiz oldu. Komandam təcrübə yığmalıdır».

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın