"İnter"in futbolçusu "Mançester Siti"nin hədəfində

"İnter"in futbolçusu "Mançester Siti"nin hədəfində
XƏBƏR 30 May 2012 / 18:13 2504
-  A +

"İnter" klubunun yarımmüdafiəçisi Uesli Sneyder komandanı tərk edə bilər.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Mançester Siti" hollandiyalı futbolçunun xidmətində maraqlıdır. 

Eden Hazard mübarizəsində "Çelsi"yə uduzan Mançester təmsilçisi Sneyderi heyətinə qatmağı planlaşdırır. "Şəhərlilər" 27 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 30 milyon avro təklif edib.

Qeyd edək ki, Sneyderlə "Mançester Yunayted" klubu da yaxından maraqlandığından "İnter" rəhbərliyi hələlik qərar verməkdə tələsmir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı