Həmid Altıntop rəsmən "Qalatasaray"da

Həmid Altıntop rəsmən "Qalatasaray"da
XƏBƏR 30 May 2012 / 17:25 2459
-  A +

Türkiyə Superliqasının son qalibi olan "Qalatasaray" klubu uzun müddət heyətinə qatmaq istədiyi Həmid Altıntopun transferini reallaşdırıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, "Real" (Madrid) klubunun əsas heyətindən kənarda qalan Altıntop karyerasını Türkiyədə davam etdirəcək.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim 29 yaşlı futbolçunu komandasında oynamağa razı salıb. İstanbulda "Real"ın baş məşqçisi Joze Mourinyo ilə görüşən Terim Altıntopu komandasında görmək istədiyini bildirmişdi.

"Cim Bom"un bu təklifi Madrid təmsilçisini qane etdiyindən tərəflər arasında razılıq əldə olunub. İstanbul təmsilçisi Altıntopa illik 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Real"ın heyətində cəmi 12 oyuna çıxan Altıntop bir dəfə rəqib qapısına yol tapıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın