“Qarabağ” yenidən Suraxanı stadionunda oynayacaq

“Qarabağ” yenidən Suraxanı stadionunda oynayacaq
XƏBƏR 30 May 2012 / 15:14 2251
-  A +

Növbəti mövsümdən etibarən “Qarabağ” ev oyunlarını təkcə Quzanlı qəsəbəsi stadionunda yox, həm də Suraxanıda keçirəcək.

Bu haqda Qol.Az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib. O deyib ki, klub olaraq Suraxanıda məskunlaşacaqlar və ev oyunlarını da burada keçirəcəklər.  Onun sözlərinə görə, klubun baza məsələsi də artıq öz həllini tapıb. Ağdam klubu Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionunu uzun müddətə icarəyə götürür. Ə.Çəlikəl bildirib ki, xeyli müddətdən bəri sürən danışıqlar nəhayət, öz həllini tapıb.

“Qarabağ”ın növbəti mövsüm üçün Peşəkar Futbol Liqasına (PFL) təqdim edəcəyi sifariş ərizəsinə birinci hansı stadionun – Suraxanı, yoxsa Quzanlı qəsəbəsindəki arenanın - adını daxil edəcəyi növbəti mövsümün starına yaxın dəqiqləşəcək.

Ə.Çəlikəl bu məsələnin Suraxanıdakı işlərin gedişindən aslı olacağını deyib. Lakin klub rəsmisi Quzanlıdan da imitina etməyəcəklərini bildirib: “Surxanıya qayıtmağımız o demək deyil ki, Quzanlıdan birdəfəlik imtina edəcəyik. Bu, düzgün olmazdı. Çünki orada yaşayan insanlarımızın da sevincini əllərindən almaq istəmirik. Həm də Quzanlıda oynayanda daha çox dəstək hiss edirik. Yəni, bu məqamlar da mütləq nəzərə alınır. Düzdür, “Qarabağ” Ağdam təmsilçisi kimi tanınır. Amma unutmayaq ki, “Qarabağ” həm də Şuşanı, Kəlbəcəri, Laçını, bütün Qarabağ zonasını təsmil edir”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki