Tahir Süleymanov: “Nə Bahadır, nə də Flavinyo “Neftçi”ni tərk edə bilər”

Tahir Süleymanov: “Nə Bahadır, nə də Flavinyo “Neftçi”ni tərk edə bilər”
XƏBƏR 30 May 2012 / 12:57 2326
-  A +

“Nə Bahadır Nasimov, nə də Flavinyo “Neftçi”ni tərk edə bilər. Çünki müqaviləyə görə, hər ikisi bizim kluba məxsusudur. Onlar yalnız hansısa kluba dəvət oluna bilərlər”.
 
Bu sözləri Qol.Az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun bu futbolçuları transfer etmək istəyinə aydınlıq gətirən Süleymanov daha sonra bunları qeyd edib: “Müqaviləsi bizə məxsus olan heç bir futbolçumuz başqa klubla danışığa gedə bilməz. Bəli, bir neçə klub bu futbolçularla bağlı bizə müraciət etmişdi və biz də bununla bağlı öz qərarımızı bildirdik. Bir daha deyirəm, hər iki futbolçu müqaviləyə görə “Neftçi”yə məxsududur və heç bir klubla danışıq apara bilməzlər”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord