Baçana Sxadadze: “İnter”də atama görə yox, özümə görə oynayıram”

Baçana Sxadadze: “İnter”də atama görə yox, özümə görə oynayıram”
MÜSAHİBƏ 30 May 2012 / 11:55 2432
-  A +

“İnter”in hücumçusu Baçana Sxadadze Qol.Az-a müsahibə verib.

- İstirahət necə gedir?

- Hər şey qaydasındadır, dincəlirəm, avrokuboklara, növbəti mövsümə güc yığıram.

- Çox yorulmusan?

- Əlbəttə ki, gərgin mövsüm keçirmişik və bunun yorğunluğu üstümüzdə qalmaqdadır.

- Avropa Liqasına vəsiqəni son turda əldə etdiniz...

- Biz, əslində bu vəsiqəni daha öncədən özümüz üçün təmin edə bilərdik. Sadəcə, çempionatın startında itirdiyimiz xallar buna mane oldu.

- Sən də özünü yaxşı tərəfdən göstərdin, bombardirlik bacarığını ortaya qoya bildin. Bu mənada, mövsümü özün üçün uğurlu sayırsan?

- Prinsipcə, bu mövsüm daha yaxşı oldu. Amma daha da artırmaq lazımdır. Odur ki, öz üzərimdə bir qədər də işləməliyəm.

- Azarkeşlər  bombardirlik bacarığını Avropada da göstərəcəyini gözləyir. Necə düşünürsən, bunu bacaracaqsan?

- Çalışacağam ki, mənə olan ümidləri doğruldum. Düzdür, Avropa səviyyəli oyunlar tamam fərqli olur, oradakı müdafiəçilərlə mübarizə bir qədər də çətinləşir. Ancaq istənilən halda, hücumçu özünə inanırsa, belə maneələr onu qorxutmamalıdır.

- Yeri gəlmişkən, mövsüm öncəsi bu cür söhbətlər gəzirdi ki, Baçana Kaxaber Sxadadzenin oğlu olduğu üçün əsas heyətdə oynayır. Bu cür söhbətlər psixoloji cəhətdən sənə mənfi təsir etmirdi?

- Xeyr, mən belə şeylərə fikir vermirəm, başımı aşağı salıb öz futbolumu oynayıram. Mənim üçün fərqi yoxdur, ”İnter”in baş məşqçisi Kaxaber Sxadadzedir, yoxsa bir başqası. Bu komandada atama görə görə yox, özümə görə oynayıram. Məncə, çempionat oyunlarında da bunu sübut edə bildim.

Anar XANLAROV


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı