"Qəbələ" ilk transferini reallaşdırdı

"Qəbələ" ilk transferini reallaşdırdı
XƏBƏR 30 May 2012 / 01:05 2717
-  A +

2012-2013 mövsümündə qarşısına böyük hədəflər qoyan “Qəbələ” klubu ilk transferini reallaşdırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə “Qarabağ”, “Turan” və “Xəzər Lənkəran”da top qovan gənc müdafiəçi Şəhriyar Xəlilovla 3 illik müqavilə imzalanıb.

Futbolçu transferlə bağlı ilkin təəssüratlarını klubun rəsmi saytına bölüşüb:

“Qəbələ” ilə yanaşı, bir neçə fərqli klubdan da təklif almışdım. Amma Qəbələdə futbol üçün yaradılan şəraitdən xəbərdar olduğum üçün digər təkliflər üzərində çox düşünmədim. Doğru seçim etdiyimi düşünürəm. Yeni komandamın hədəflərindən xəbərdaram. Çalışacağam ki, öz oyunumla “Qəbələ”nin uğurlarında pay sahibi olum".


Son xəbərlər