Berti Foqts: "Futbolçularla xüsusi söhbətim olacaq"

Berti Foqts: "Futbolçularla xüsusi söhbətim olacaq"
ÖLKƏ FUTBOLU 30 May 2012 / 00:06 2363
-  A +

"Bizim bu toplanışımız Yaponiyaya çətin səfərlə başladı. Buna baxmayaraq, biz orada oyuna qədər iki məşqə də çıxa bildik. Birinci hissədə zəif təsir bağışlasaq da, fasilədən sonra qol epizodları yaratdıq".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Andorra ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransı keçirən almaniyalı mütəxəssis bugünkü görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

"Bütövlükdə, oyunumuzdan razı qaldım. Ağır mövsümdən sonra belə rəqiblə qarşılaşmada topladığımız təcrübəni qənaətbəxş hesab edirəm. İndi isə səbrsizliklə tibbi testlərin nəticəsini gözləyirəm. Onun nəticələrinə əsasən hər bir futbolçu ilə fərdi qaydada hazırlıaşmalı olacağıq. Onlarla xüsusi söhbətim də olacaq.

Azərbaycan yığmasının üzvləri üçün motivasiya problem olmamalıdır. Fələstin yığması ilə oyundan sonra bəzi futbolçularda motivasiya çatışmazlığı ilə üzləşmişdim. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq, qələbə qazanmağımızı istəyirəm. Meydana çıxan hər bir futbolçunun bir məqsədi olmalıdır – qələbə qazanmaq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı