"Qalatasaray"ın növbəti transfer hədəfi - Edin Ceko

"Qalatasaray"ın növbəti transfer hədəfi - Edin Ceko
GÜNDƏM 30 May 2012 / 00:01 3547
-  A +

Son Türkiyə çempionu "Qalatasaray" klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Mançester Siti"nin hücumçusu Edin Cekoya "elçi" düşüb.

Yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim bosniyalı futbolçunu komandasında görmək istəyir.

Lakin 26 yaşlı futbolçunun təzminat qiymətinin 30 milyon avro olması və Ceko ilə PSJ və "Çelsi" kimi klubların da yaxından maraqlanması "Cim Bom"un işini çətinə salır.

Qeyd edək ki, Ceko ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 30 oyunda 14 dəfə rəqib qapılarına yol tapıb.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı