Peres “Qarabağ”a qarşı oynaya bilər

XƏBƏR 27 Aprel 2009 / 17:31 2005
-  A +

Dünən səfərdə ağır şərtlər altında  “Qəbələ”ni məğlub etməsinə baxmayaraq, Qyoko Haciyevski yetirmələrinə istirahət imkanı verməyib. Klubun  mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, buna səbəb çərşənbə günü “Qarabağ”la keçiriləcək ölkə kubokunun ilk yarımfinal matçıdır. Komanda bu gün saat 16:00-da “Ədliyyə” stadionunda məşqə çıxacaq. Axşam isə “Musado” otelində təlim-məşq toplanışına yığışacaq. Sabah “Qarabağ” kimi “Bakı” da Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqini keçəcək. Zədəsini sağaldan argentinalı Fernando Peresin də sıraya döndüyünü qeyd etmək yerinə düşər.


Son xəbərlər