Zaur Ramazanov Kruqlovla aralarındakı insidentdən danışdı

XƏBƏR 27 Aprel 2009 / 13:48 2216
-  A +

“Qarabağ”ın hücumusu Zaur Ramazanov “Neftçi” ilə dünən keçirilən matçın 60-cı dəqiqəsində Dmitri Kruqlovla aralarında yaşanan insidentə aydınlıq gətirib. Qol.Az-a açıqlamasında Z.Ramazanov günahın onda yox, estoniyalıda olduğunu bildirib: “Adi oyun epizodu idi. O cür epizodlar hər oyunda nə qədər istəyirsən olur. Sadəcə, top auta çıxan zaman Kruqlov mənə qarşı kobudluq etdi. Mən də onun kobudluğuna eyni tərzdə cavab verim. Ardınca isə estoniyalı iki əli ilə məni itələdi. Nəticədə hadisə yerinə gələn hakim hər ikimizə sarı vərəqə göstərdi”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı