Cambazov “Xəzər-Lənkəran”ı Bolqarıstan mətbuatının gündəminə gətirdi

Cambazov “Xəzər-Lənkəran”ı Bolqarıstan mətbuatının gündəminə gətirdi
XƏBƏR 27 Aprel 2009 / 12:30 2295
-  A +

Azərbaycan premyer liqasının son turu çərçivəsində keçirilən “İnter” - “Xəzər-Lənkəran” qarşılaşması Bolqarıstan mətbuatının da diqqətindən yayınmayıb. Azərbaycanda oynayan həmyerlilərinin çıxışını daim izləyən bolqarların diqqətini bu dəfə Kostadin Cambazov çəkib. Qol.Az-ın məlumatına görə, Gol.bg saytı 2:2 hesabıyla başa çatan qarşılaşmada lənkəranların məğlubiyyətdən qaçmasında məhz Cambazovun vurduğu qolun böyük rolu olduğunu qeyd edib. Bolqarların fikrincə, Kostadinin hesab arasındakı fərqi azaltması lənkəranlılara əlavə güc verib və nəticədə tezliklə Ahmet Dursun hesabı bərabərləşdirib. Boqlarıstanlı həmkarlarımız “İnter”in heyətində bir vaxtla Bolqarıstan MOİK-nin şərəfini qoruyan Petar Zlatinovun olduğunu qeyd etməyi də unutmayıblar. Xatırladaq ki, Cambazov “Xəzər-Lənkəran”dan öncə vətənində “Liteks”, “Çernamorets”, “Nafteks” və “Slaviya”in şərəfini qoruyub.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı