«Futbolçularımız əsl xarakter nümayiş etdirdilər»

XƏBƏR 27 Aprel 2009 / 11:15 1980
-  A +

Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində Portuqaliyada keçirilən qrup oyunlarında çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Şamil Heydərov Uels təmsilçisi ilə qarşılaşmadan sonra AFFA-nın rəsmi saytına fikirlərini söyləyib: «Qrup mərhələsində ilk oyunumuzun təşkilatçı ölkənin - Portuqaliyanın U-19-na qarşı olması futbolçularımızda müəyyən qədər gərginlik yaratmışdı. Buna baxmayaraq, rəqibimizi bütün mövqelərdə üstələyə bildik və kollektiv oyun sayəsində qələbə qazandıq. İkinci oyunda isə, yetirmələrim əsl xarakter nümayiş etdirdilər. Uels millisi qarşısında iki dəfə hesabda geri düşməyimizə baxmayaraq, oyunu heç-heçə başa vurduq. Növbəti mərhələyə yüksəlmək üçün Fransa milli komandasını məğlub etməliyik. Mən futbolçularımıza inanıram».


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki