"Real"ın futbolçusu "Qalatasaray"da

"Real"ın futbolçusu "Qalatasaray"da
XƏBƏR 22 May 2012 / 16:35 3668
-  A +

Türkiyə Superliqasının son qalibi olan "Qalatasaray" klubu uzun müddət heyətinə qatmaq istədiyi Həmid Altıntopun transferini reallaşdırıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, "Real" (Madrid) klubunun əsas heyətindən kənarda qalan Altıntop karyerasını Türkiyədə davam etdirəcək.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim 29 yaşlı futbolçunu komandasında oynamağa razı salıb. "Cim Bom" Altıntopun transferi üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək. Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir. 

Qeyd edək ki, "Real"ın heyətində cəmi 12 oyuna çıxan Altıntop bir dəfə rəqib qapısına yol tapıb.


Son xəbərlər