"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu

"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 22 May 2012 / 16:09 3555
-  A +

Bir neçə gün öncə Tayfur Havutçu ilə yollarını ayıran "Beşiktaş" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "qara qartal" almaniyalı mütəxəssis Ralf Ranqniklə 4 illik müqavilə imzalayıb.

Artıq 53 yaşlı mütəxəssisin "Beşiktaş"da illik qazancı da açıqlanıb. Ranqnik "Beşiktaş"da ilinə 1,1 milyon avro qazanacaq.

Qeyd edək ki, daha öncə "Hoffenhaym"ı Almaniya çempionu edən Ranqnikin son iş yeri isə "Şalke" klubu olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı