Fərid Quliyev: "Neftçi"dən ayrılacağımı əvvəlcədən bilirdim"

Fərid Quliyev: "Neftçi"dən ayrılacağımı əvvəlcədən bilirdim"
ÖLKƏ FUTBOLU 22 May 2012 / 15:17 2154
-  A +

“Mən komandadan ayrılacağımı əvvəlcədən də bilirdim. Bu futbolda normal bir haldır. Bu gün “Neftçi”dəsən, sabah isə başqa klubda oynayacaqsan”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin futbolçusu Fərid Quliyev klubunun onunla müqavilə müddətini uzatmaması ilə bağlı danışarkən deyib.

Quliyev “Neftçi”nin hansı səbəbdən belə addım atmasını anlamadığını bildirib: “Sabahdan etibarən digər klublarla danışığa başlayacam. Bəzi təkliflər var. Allahın köməkliyi ilə bunu reallaşdırıb, yeni klubuma kömək etmək istəyirəm”.

Daha çox


Son xəbərlər