"Neftçi" altı futbolçusundan imtina etdi

"Neftçi" altı futbolçusundan imtina etdi
GÜNDƏM 22 May 2012 / 14:57 3646
-  A +

"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti bitəcək futbolçular Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla müqavilə müddətinin uzadılmamasına qərar verilib.

Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

"Neftçi" PFK adları çəkilən futbolçulara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha çox


Son xəbərlər