“İnter”in yeni transferi danışdı

“İnter”in yeni transferi danışdı
MÜSAHİBƏ 22 May 2012 / 13:22 3619
-  A +

“İnter”in yeni transferi Ramil Həşimzadə Qol.Az-a müsahibə verib

- “İnter”ə keçidin necə oldu?

- Bu komanda ilə Sumqayıtdakı oyundan sonra eşitdim ki, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze mənim oyunumu bəyənib. Sonra da gəlib bizim oyunlarımıza baxırdı. Amma təklifi mövsüm başa çatandan sonra aldım.

- Artıq razılığa gəldiniz?

- Bəli, dəvət etdilər danışdıq və razılıq əldə elədik. Qarşıdakı 2 ildə “İnter”İn şərəfini qoruyacam.

- Bugünə qədər audsayder komandanın şərəfini qoruyurdun. Bundan sonra artıq çempionluğa oynayan komandanın formasını geyinəcəksən. Yəqin ki, üzərinə düşən məsuliyyəti anlayırsan?

- Öncə “Sumqayıt” klubuna, onun prezidenti Kamran Quliyevə, eləcə də baş məşqçi Bernhard Raaba öz təşəkkürümü bildirirəm. Çünki mənim peşəkar futbolçu kimi inkişafımda onların böyük rolu oldu. O ki qaldı məsuliyyətə, əlbəttə ki, bunu çox gözəl başa düşürəm. Artıq öz üzərimdə ikiqat işləməliyəm.

- “İnter” haqqında nə deyə bilərsən?

- Çox güclü komandadır və Kaxaber Sxadadze də məşqçi kimi özünü sübut edib. Onun rəhbərliyi altında oynamaq çox xoş olacaq. Ümumiyyətlə, “İnter” öz oyun üslubu ilə seçilən komandadır.

- Qarşıdan Avropa Liqasının oyunları gəlir və sən də ilk dəfə beynəlxalq arenada debüt edəcəksən. Özünü buna hazır sayırsan?

- Avropa səviyyəsində oynamaq çox gözəldi. Hər bir futbolçu bunu arzulayar. Qarşıda təlim məşq toplanışı olacaq. Hər şey öz əlimdədir. Məşqlərdə ikiqat güclə çalışıb mənə göstərilən etimadı  avrokubok oyunlarında doğrultmaq istəyirəm.

- Artıq milli komandaya düşmək şansın daha da artdı...

- Millinin formasını geyinmək mənim üçün böyük şərəf olardı. Yenə də hər şey özümdən aslıdır. İlk növbədə “İnter”də özümü sübut etməliyəm ki, milliyə də dəvət alım. Alaramsa, canla-başla oynamağa hazıram.

Daha çox


Son xəbərlər