AFFA "Bakı"nın rəsmisini cəzalandırdı

XƏBƏR 22 May 2012 / 12:45 1476
-  A +

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Qol.Az-ın qurumun saytına istinadən yaydığı məlumatna görə, iclasda Azərbaycan kubokunun final oyununun iştirakçıları olan “Neftçi” ilə “Bakı” azarkeşlərinin hərəkətinə görə cəzalandırılıb.

“Bakı” tərəfdarları matçın 8-ci dəqiqəsində pirotexniki vasitələrdən istifadə etdiyinə görə 1000 manat cərimələnib. Bundan 1 dəqiqə sonra “Neftçi”nin azarkeşləri meydançaya kənar əşyalar atdığına görə 2000 manat cərimə ödəməli olacaq. Komandanın braziliyalı futbolçusu Denis Silva 82-ci dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığından, 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb. Həmin anda “Bakı”nın rəsmisi Yaşar Seyidov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.


Son xəbərlər