Dennis İvanov: “Kuboku qazanmağımız niyə gözlənilməz sayılmalıdı?”

Dennis İvanov:  “Kuboku qazanmağımız niyə gözlənilməz sayılmalıdı?”
XƏBƏR 22 May 2012 / 11:50 1478
-  A +

“Kuboku qazanmağımız niyə gözlənilməz sayılmalıdı? Məncə, burada qeyri adi heç nə yoxdur. Əksinə, hər şey tam qanunauyğundur. Biz bu mükafatı daha çox istəyirdik və buna görə də ona sahib çıxdıq”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın müdafiəçisi Dennis İvanov deyib. Latviyalı futbolçu indi əsas hədəflərinin Avropa Liqasında layiqli çıxış olduğunu bildirdi: “Təbii ki, Avropa Liqasına vəsiqə qazanmaqla iş bitmir. Bu, hələ yolun başlanğıcıdır. Əsas hədəfimiz Avropada da layiqli çıxış etməkdir. Püşk atılsın, sonra daha konkret müzakirələr aparmaq olar. Ancaq məqəsdimiz ilk mərhələni uğurla dəf edib bacardığımız qədər uzağa getməkdir”.

Qeyd edək ki, İvanov “Bakı”ya ötən yay, həmyerlisi Aleksanr Starkovun dövründə gəlib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın