Dik Akvokat: “Rusların mənimlə bağlı qərarı yanlışdır”

Dik Akvokat: “Rusların mənimlə bağlı qərarı yanlışdır”
AVRO-2012 22 May 2012 / 10:53 2526
-  A +

“Avr-2012”dən sonra Hollandiyanın PSV klubunda çalışacaq  Dik Advokat çempionatdan sonra Rusiya millisini tərk edəcəyi ilə bağlı verdiyi qərara münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Akvokat bildirib ki, o, əvvəcə Rusiya millisində işini davam etdirməyə tərəfdar olub: “Amma ölkə futbol ittifaqının yalnız “Avro-2012”ndəki nəticədən sonra bununla bağlı məsələyə baxacağını eşitdim. Mən isə bu şərtlərlə razılaşmayıb Hollandiyadan gələn təklifi qəbul etdim”.

Advokat qeyd edib ki, bu il martın sonlarında federasiya rəhbərliyindən müqavilənin müddətinin uzadılmasıyla bağlı 2-3 gün ərzində qərar veriməsini xahiş etdiyini deyib: “Onlar dedilər ki, bizə bir həftə vaxt lazımdır. Mən aprelin sonuna qədər də gözləyəcəyimi dedim. Sonra isə onlar hansısa səbəbdən müqavilənin müddətini uzatmağı “Avro-2012”nin sonuna qədər təxirə saldılar. Bu isə məni qane etmədi. Bu, onların qərarıdır. Amma hesab edirəm ki, bu, yanlış qərardır”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord