"Türkiyə millisi DÇ-2014-ün final mərhələsində iştirak edəcək"

"Türkiyə millisi DÇ-2014-ün final mərhələsində iştirak edəcək"
XƏBƏR 22 May 2012 / 02:38 2345
-  A +

Türkiyə milli komandasının baş məşqçisi Abdulla Avcı Avstriya təlim-məşq toplanışı öncəsi iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Türkiyə mətbuatına danışan Avcı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcəklərini bildirib:

"Avstriyada yoxlama oyunu keçirəcəyimiz komandalar DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizə bənzər yığmalardır. Heyətimiz kifayət qədər genişdir və qapımız hər kəsə açıqdır. Türkiyə millisi DÇ-2014-ün final mərhələsində iştirak edəcək. Buna bütün varlığımla inanıram".

Qeyd edək ki, Türkiyə millisi Avstriyada Gürcüstan, Finlandiya, Bolqarıstan, Portuqaliya və Ukrayna yığmaları ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı