Roberto Mansini yenidən Milanda

Roberto Mansini yenidən Milanda
XƏBƏR 22 May 2012 / 02:03 2503
-  A +

Cari mövsüm İngiltərə Premyer Liqasının qalibi olan "Mançester Siti" klubunun baş məşqçisi Roberto Mansini "Milan"ın vitse-prezidenti Adriano Qalliani ilə görüşüb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Mansininin Milana komandanın hücumçusu Zlatan İbrahimoviçin transferi ilə bağlı gəldiyi iddia olunurdu.

Lakin xəbəri təkzib edən italiyalı mütəxəssis bu haqda belə deyib: "Buraya İbrahimoviç üçün gəlmədim. "Milan"ın azarkeşləri rahat ola bilərlər".

Qeyd edək ki, 2010-cu ildən "Milan"da çıxış edən İbrahimoviç bu mövsüm 34 qola imza atıb.


Son xəbərlər