Fransada yeni çempionunun adı bəlli oldu

Fransada yeni çempionunun adı bəlli oldu
XƏBƏR 22 May 2012 / 01:45 1806
-  A +

Ötən gün Fransa çempionatında mövsümə yekun vurulub. Qol.Az-ın məlumatına görə, "Montpellier" klubu tarixi ərzində ilk dəfə ölkə çempionluğunu bayram edib.

Səfərdə "Oser"lə qarşılaşan "Montpellier" əzmkar qələbə qazanıb. Matçın 20-ci dəqiqəsində hesabda geri düşən qonaqlar daha sonra 2 qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.

Bununla da, ən yaxın izləyicisi PSJ-ni 3 xal qabaqlayan (82 - 79) Montpellier" ilk dəfə çempionatın qızıl medallarına yiyələnib. PSJ mövsümü ikinci pillədə başa vurarkən, "Lill" 3-cü olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord