"Yuventus" "Real" və "Barselona"ya rəqib oldu

"Yuventus" "Real" və "Barselona"ya rəqib oldu
GÜNDƏM 22 May 2012 / 01:04 2865
-  A +

"Santos" klubunun ulduz futbolçusu Neymara daha bir komandadan təklif gəlib.

Qol.Az-ın məlumatına görə, İtaliyanın "Yuventus" klubu da Neymarı heyətinə qatmaqda maraqlıdır.

"Santos"un prezidenti Luis Alvaro Ribeyro "Tuttosport"a açıqlamasında xəbəri təsdiqləyib: "Neymarla bir sıra komandalar yaxından maraqlanır. Bunların sırasına daha biri əlavə olundu. "Yuventus" klubu da Neymarı transfer etməyi planlaşdırır. Lakin futbolçunun "Santos"la 2014-cü ilə qədər müqaviləsi var".

Qeyd edək ki, gənc futbolçu "Real" (Madrid), "Barselona" və "Çelsi" klublarının maraq dairəsindədir.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki