Torres: "Artıq özümü "Çelsi"yə aid hiss etmirəm"

Torres: "Artıq özümü "Çelsi"yə aid hiss etmirəm"
GÜNDƏM 22 May 2012 / 00:01 3390
-  A +

"Çelsi" klubunun hücumçusu Fernando Torres gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, AS-a danışan ispaniyalı forvard artıq özünü "Çelsi"yə aid hiss etmədiyini bildirib:

"Çempionlar Liqasının finalında Bavariya" ilə görüşdə ehtiyat skamyada oturmağım məni çox üzdü. Bu, karyeramın ən böyük uğursuzluğu ola bilər. Ancaq ruhdan düşmürəm və mövsümü çempion kimi başa vurduğum üçün çox sevincliyəm. Bununla belə, növbəti mövsümü ehtiyatda keçirmək istəmirəm. Ona görə də, artıq özümü bu komandaya aid hiss etmirəm". 

Qeyd edək ki, ötən mövsüm "Çelsi"yə transfer olunan 28 yaşlı futbolçu keçirdiyi 46 oyunda cəmi 7 qola imza atıb. 

 

Daha çox


Son xəbərlər