Peter Zlatinov "İnter"in ən yaxşısı oldu

Peter Zlatinov "İnter"in ən yaxşısı oldu
ÖLKƏ FUTBOLU 21 May 2012 / 18:53 1649
-  A +

Unibank Premyer Liqanı 3-cü pillədə başa vuran “İnter” klubu bir sıra statistik göstəricilərlə yadda qalıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter”in heyətində ən çox məhsuldar ötürmə vermiş futbolçu bolqarıstanlı yarımmüdafiəçi Petar Zlatinov olub.

Zlatinovun aktivində 5 qol ötürməsi var. O, 4 dəfə dəqiq ötürmə ilə yadda qaldığı halda, bir dəfə də “İnter” üçün penalti cəriməsi qazanıb. Maraqlıdır ki, P.Zlatinov ötürmələrdən 3-nü künc zərbəsindən reallaşdırıb.

4 məhsuldar ötürməni isə aktivinə Asif Məmmədov yazıb. O, 3 dəfə son dəqiq ötürmə ilə fərqlənib və bir dəfə isə “İnter”ə 11 metrlik cərimə zərbəsi qazandırıb.
 
Daha 3 dəqiq ötürmə ilə Nizami Hacıyev, Baçana Sxadadze, İlia Kandelaki və Girts Karlsons fərqləniblər. Asif Mirili, Elnur Abdulov, Enyo Krastovçev, Valeri Abramidze, Vladimir Levin, Samir Zərgərov və Bronislav Çervenka isə bir məhsuldar ötürmə ilə yadda qalıblar.
 
Qol+ötürmə sistemi üzrə ən yaxşı göstərici 10 balla Baçana Sxadadzeyə məxsusdur (7 qol+3 ötürmə). İkinci yeri 8 balla Nizami Hacıyev (5+3) tutur. Sonra 5 balla İlia Kandelaki (2+3), 5 balla Petar Zlatinov (0+5), 4 balla Asif Mamedov (0+4), 3 balla Samir Zərgərov (2+1), 3 balla Vladimir Levin (2+1), 3 balla İbrahima Niasse (3+0) və 3 balla Girts Karlsons (0+3) gəlir.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı