Səməd Mustafayev: “Xəzər Lənkəran"dan Şoliçə təklif göndərilməyib"

Səməd Mustafayev: “Xəzər Lənkəran"dan Şoliçə təklif göndərilməyib"
ÖLKƏ FUTBOLU 21 May 2012 / 17:34 2989
-  A +

“Şoliç yaxşı futbolçudur. Ancaq o, heç vaxt bizim maraq dairəmizdə olmayıb və “Xəzər Lənkəran” tərəfindən də ona təklif göndərilməyib”.

Bu məlumatı Qol.Az-a açıqlamasında  “Xəzər Lənkəran”ın rəisi Səməd Mustafayev deyib.

“Bakı”nın futbolçusu Aleksandr Şoliçə təklif göndərmələrinə dair xəbərləri təkzib edən Mustafayev transfer bazarında da hər hansı yenilik etmədiklərini bildirdi: “Hazırda yalnız Skarlatekeni heyətimizə qatmışıq. Başqa heç bir futbolçu ilə razılıq əldə olunmayıb”.

Qeyd edək ki, son günlər mətbuatda "Xəzər Lənkəran"ın Şoliçə təklif göndərdiyi, futbolçunun isə bu təklifdən imtina etdiyinə dair məlumatlar yayılmışdı.

Daha çox


Son xəbərlər