Avro-2012: Ukraynada bilet tükənir

Avro-2012: Ukraynada bilet tükənir
AVRO-2012 21 May 2012 / 17:09 2351
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarına biletlər demək olar ki, qalmayıb.
 
Bu barədə Avro-2012-nin Ukrayna üzrə Təşkilat Komitəsinin direktoru Markiyan Lubkivski açıqlama verib.

O bildirib ki, biletlər yaxşı templə satılıb: “Son 2 həftə ərzində 45 min bilet sahibini tapıb. Yəni, turnirə maraq böyükdür. Xüsusən, həmyerlilərimiz tərəfindən. Biletlərin satış sürəti çox yüksəkdir. Qrup mərhələsində son turun oyunlarına və final matçına biletlər qurtarmaq üzrədir”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 8-dək iyulun 1-dək Ukrayna və Polşada keçiriləcək. Avropa İttifaqı Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya qarşı təzyiqlərlə əlaqədar çempionatın bu ölkədəki oyunlarını boykot etməyi nəzərdən keçirir.


Xəbər: Lent.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın