Azərbaycan yığması Dünya kubokunda dördüncü oldu

Azərbaycan yığması Dünya kubokunda dördüncü oldu
XƏBƏR 21 May 2012 / 16:55 1471
-  A +

Rusiya Federasiyasının Saransk şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında keçirilən Dünya Kuboku yarışı başa çatıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan yığma komandası yarışı dördüncü sırada tamamlayıb.

Yarışda millimiz yer aldığı qrupda Rusiyanı (4:3), Bolqarıstanı və Belarusu (hər ikisini 5:2) məğlub edib, İran yığmasına isə 3:4 hesabı ilə uduzmuşdu. Bürünc medal uğrunda güləşçilərimiz Cənubi Koreya millisi ilə qarşılaşmada millimiz 2:5 hesabı ilə məğlub olaraq Dünya kubokunu dördüncü pillədə bitirib.

Qeyd edək ki, Saranskda Azərbaycan yığma komandasını Elçin Əliyev, Orxan Əhmədov (hər ikisi 55 kq), Sakit Cəlilov (60 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 74 kq), Həmzət Yusubov, Saman Təhmasibi (hər ikisi 84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil ediblər. Güləşçilərimiz məşqçilər Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında yarışda iştirak edib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı