“Turan” rəsmisi: “Biz sıravi əsgərik”

“Turan” rəsmisi: “Biz sıravi əsgərik”
XƏBƏR 21 May 2012 / 16:41 1673
-  A +

“Pley-off-da oynayıb oynamayacağımızı özümüz də bilmirik. Peşəkar Futbol Liqasına rəsmi məktub da göndərsək də, hələ cavab gəlməyib”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında “Turan”ın icraçı direktoru Rasim Əliyev deyib. Klub rəsmisi istənilən halda ixtiyar sahibi olmadıqlarını deyir: “Biz sıravı əsgərik. Odur ki, oturub PFL-in verəcəyi qərarı gözləyirik. Hansı qərarı qəbul etsələr, hörmətlə yanaşacağıq. Əslində, mövsümün təqvimi tərtib olunanda pley-off-un da vaxtı orada öz əksini tapmalıdır. Nədənsə, bizdə pley-off reqlamentə salınsa da, onun nə vaxt keçiriləcəyi təqvimdə göstərilməyib. Hər halda, gözləməkdən başqa çarəmiz yoxdur”.

Qeyd edək ki, Azərbaycanın 2011-12-ci il futbol mövsümünün reqlamentinə əsasın, Premyer Liqada 11-ci pilləni tutan “Turan”  I Divizion təmsilçisi “Neftçala” ilə pley-off oynamalıdır.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki