"Qarabağ" İlqar Qurbanovla müqaviləni uzadır

"Qarabağ" İlqar Qurbanovla müqaviləni uzadır
XƏBƏR 21 May 2012 / 15:56 1907
-  A +

"Qarabağ" klubu mənə rəsmi müqavilə təklif edib. Yaxın vaxtlarda bunu rəsmiləşdirəcəyik. Müqavilənin müddəti isə 1 illiyinə nəzərdə tutulub".

Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun yarımmüdafiəçisi İlqar Qurbanov deyib.

Digər komandalardan da təklif aldığını təsdiqləyən İ.Qurbanov "Qarabağ"da qalmaq istədiyini bildirib: "Doğrudur, mənə digər komandalardan da təkliflər var idi.

Lakin mən bildirdim ki, ilk öncə öz komandamla danışıqlar aparacağam. Əgər "Qarabağ"la razılıq əldə olunmazsa, o zaman digər təklifləri dəyərləndirəcəyəm".


Son xəbərlər