Didye Droqba Anelkanın yanına gedir

Didye Droqba Anelkanın yanına gedir
XƏBƏR 21 May 2012 / 15:23 2013
-  A +

"Çelsi" klubunun hücumçusu Didye Droqba karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, daha öncə Nikolya Anelkanı transfer edən "Şanxay Şenhua" bu dəfə Droqbanı heyətinə qatmaq istəyir.

"Çelsi"nin Çempionlar Liqasını qazanmasında böyük pay sahibi olan 34 yaşlı futbolçunun da Londondan ayrılacağı bildirilir. Artıq Droqbanın "Şanxay Şenhua"da qazanacağı məbləğ də açıqlanıb. Fil Dişi Sahili yığmasının futbolçusu Çində oynayacağı təqdirdə həftəsinə 250 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Droqba daha öncə verdiyi açıqlamalarında "Çelsi"də qalmaq istədiyini bildrisə də, rəhbərlik futbolçuya yeni müqavilə təklif etməyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı