“Xəzər Lənkəran” Skarlatake məsələsini həll etdi

“Xəzər Lənkəran” Skarlatake məsələsini həll etdi
XƏBƏR 21 May 2012 / 14:55 2686
-  A +

Manuel Skarlatake artıq rəsmən “Xəzər Lənkəran”ın oyunçusu sayıla bilər.

Lənkəran klubunun rəisi Səməd Mustafayevin Qol.Az-a verdiyi məlumata görə, futbolçunun məxsus olduğu “Dinamo” (Buxarest) klubu ilə danışıqlar müsbət yekunlaşıb və tərəflər razılığa gəliblər: “Skarlatakenin məsələsi, həll olundu və o, gələn ay Avstriyada keçiriləcək toplanışda komandanın düşərgəsinə qoşulacaq”.

Qeyd edək ki, Mustafayev ötən həftə baş məşqçi Yunis Hüseynovla birlikdə məhz Skarlatakinin məsələsi ilə bağlı Rumıniyada səfərdə olmuşdu. Futbolçu ilə razılıq əldə olunduqdan sonra Hüseynov vətənə dönsə də, Mustafayev “Dinamo” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Buxaretsdə qalmalı olmuşdu.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord