Milli komandamız Kiyevə gedir

XƏBƏR 21 May 2012 / 12:47 1451
-  A +

Mayın 26-dan iyunun 4-dək Ukraynanın paytaxtı Kiyevdə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, toplanış çərçivəsində millimiz turnirdə iştirak edəcək.

Komandanın hazırlıq prosesinə dəvət olunmuş futbolçular bunlardır: Emin Kürdov, Elvin Quliyev, Hikmət Bağırov, Nahid Mehrəliyev, Comərd Baxşəliyev, Zeynal Zeynalov, Əbdül Əliyev, Elçin Qasımov, Asif Zeynalov, Orxan Məmmədov, Ramin Quliyev, Vitali Borisov

Daha çox


Son xəbərlər