Valeri Abramidze: “Çoxları “İnter”i siyahıdan silmişdi”

Valeri Abramidze:  “Çoxları “İnter”i siyahıdan silmişdi”
XƏBƏR 21 May 2012 / 11:56 1636
-  A +

“Çoxları “İnter”i siyahıdan silmişdi, düşünürdü ki, biz avrokuboklara gedə bilməyəcəyik. Ancaq yekun nəticə bunun əksini sübut etdi. Hətta çempion da ola bilərdik. Lakin bəzi oyunlarda yol verdiyimiz səhvlər bunu əngəllədi. Əsas odur ki, yekunda avrokuboklara vəsiqə əldə edə bildik”.
 
Bu sözləri Qol.Az-a açıqlamasında “İnter”in futbolçusu Valeri Abramidze deyib. Gürsüstanlı müdafiəçi Avropa Liqasındakı şansları haqqında da danışıb: “Heyətin gücləndirilməsi ilə bağlı məsələyə baş məşqçi və rəhbərlik baxacaq. Lazım olsa gücləndiriləcək. Hədəfimiz Avropada uğurla çıxış etməkdir. Təbii ki, püşkdən də çox şey aslı olacaq. İlk mərhələdə münasib rəqib düşsə, daha yaxşı olar”.

Qeyd edək ki, Abramidzə son mövsüm “İnter”in heyətində ən çox oyun keçirən azsaylı futbolçulardandı.

Son xəbərlər