Boksçularımızdan 1 qızıl, 1 gümüş medal

XƏBƏR 21 May 2012 / 10:48 1206
-  A +

Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığması 1 qızıl, 1 gümüş medal qazanıb.

52 kq çəki dərəcəsundə mübarizə aparan Elvin Məmişzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə qazaxıstanlı Narqazi Yussupovu məğlub edib.

Ən ağır çəki dərəcəsində (+91 kq) yarışan dünya çempionumuz Məhəmmədrəsul Məsidov isə finalda Qazaxıstan təmsilçisi Jan Kosbutskiyə 6:13 hesabı ilə məğlub olaraq, 2-ci yerlə kifayətlənib.

Apreldə Türkiyənin Trabzon şəhərində Avropa olimpiya təsnifat turnirində London-2012-yə vəsiqə qazanmış Məhəmməd Abdulhəmidov (56 kq) isə 1/4 finalda rusiyalı dünya çempionu Sergey Vodopyanova uduzub. Döyüş 8:8 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı