"Neftçi"nin daha bir potensial rəqibi müəyyənləşdi

"Neftçi"nin daha bir potensial rəqibi müəyyənləşdi
DÜNYA FUTBOLU 21 May 2012 / 03:12 3418
-  A +

Futbol üzrə Slovakiya çempionatında da mövsümə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son turda səfərdə "Streda" üzərində 2:0 hesabı ilə qələbə qazanan "Zilina" klubu çempionluğunu rəsmiləşdirib.

Mövsümün son matçını da qələbə ilə başa vuran "Zilina" ən yaxın izləyicisi "Trnava"nı 2 xal qabaqlayıb. Bununla da, çempionatın qızıl medallarına yiyələnən "Zilina" Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin potensial rəqiblərindən olub.

 

"Neftçi"nin ÇL-in II təsnifat mərhələsindəki rəqiblərinə yenidən nəzər salaq:

“Helsinqborq” (İsveç), “Slaşk” (Polşa), BATE (Belarus), “Dinamo” (Xorvatiya),  HİK (Finlandiya), “Ventspils” (Latviya), AEL (Kipr), “Partizan” (Serbiya), "Şemrok Rovers" (İrlandiya), “Bazel” (İsveçrə), “Zalsburq” (Avstriya), “Debretsen” (Macarıstan), “Slovan” (Çexiya), “Hapoel” (Kiryat-İrona, İsrail), “Maribor” (Sloveniya), "Şerif" (Moldova), "Zilina" (Slovakiya)

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı