İtaliya kuboku: "Napoli" mövsümü titulla başa vurdu

İtaliya kuboku: "Napoli" mövsümü titulla başa vurdu
DÜNYA FUTBOLU 21 May 2012 / 02:51 2652
-  A +

İtaliya kubokunun yeni qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Yuventus" və "Napoli" komandaları üz-üzə gəlib.

A Seriyasının qalib olan "Yuventus" klubu mövsümü qızıl dublla başa vurmaq niyyətində idi. Turin təsmilçisi bunun üçün son olaraq "Napoli" səddini keçməli idi ki, bunu bacarmayıb.

İlk hissəsi qolsuz başa çatan oyunda hesab fasilədən sonra açılıb. Matçın 63 və 83-cü dəqiqələrdə vurduğu iki qol "Napoli"yə inamlı qələbə qazandırıb. Bununla da, "Napoli" kuboka sahib çıxmaqla mövsümü titulla başa vurub.

 


20 may

İtaliya kuboku, final matçı

"Yuventus" - "Napoli" - 0:2
Qollar:
Kavani, 63-pen (0:1), Hamşik, 83 (0:2)

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi